İKT

Yeni mobil oyun sahiblərini varlandırıb
11 İYUL
285

Yeni mobil oyun sahiblərini varlandırıb

2016-07-11 17:21:00

«Pokemon Go» oyununun uğurundan sonra «Nintendo»nun səhmləri 20% yüksəlib. «Pokemon» oyununun mobil versiyası Yaponiyanın “Nintendo” şirkətinə səhmlərini 20% yüksəltməyə və smartfon oyunları bazarının autsayderləri siyahısından çıxmağa kömək edib.

Smartfonlar üçün hazırlanan “Pokemon Go” oyununun uğuru iyulun 11-də keçirilmiş hərraclarda “Nintendo” şirkətinin səhmləri 20%-dən çox artıb.

Ötən həftəyə qədər oyun bazarının autsayderi hesab olunan şirkət məşhur “Pokemon” oyununun mobil versiyasını istifadəyə verdikdən sonra vəziyyəti tam dəyişib. Oyun Amerika “iTunes”larında pulsuz yüklənilən tətbiqlər arasında lider mövqeyə yüksəlib.

Maraqlısı odur ki, oyun özü hələ ki Yaponiyada istifadəyə verilməyib. Hələlik Avstraliya və ABŞ-da tam istifadədədir. Şirkət ümid edir ki, oyunun uğuru “Nintendo”nun maliyyə göstəricilərini də yüksəldəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272