İKT

Yeni mobil oyun insanları küçələrə töküb
08 İYUL
709

Yeni mobil oyun insanları küçələrə töküb

2016-07-08 17:31:00

«Niantic» studiyasınin hazırladığı yeni «Pokemon Go» mobil oyunu Amerika və Avstraliyada bomba kimi partlayıb. Hazırda oyun Avstraliyanın AppStore istifadəçiləri və Amerikanın Google Play istifadəçiləri üçün əlçatandır (oyun pulsuzdur, lakin ödənişli kontent var). Xatırladaq ki, «Nintendo» və «Pokemon Company» əlavə reallıqlı «Pokemon Go» mobil oyununu ötən ilin sentyabrında istifadəyə veriblər. Oyunun şərtlərinə görə, oyunçular vəhşi pokemonları tutmalıdırlar, pokemonları əlavə reallıq və «Pokemon Go Plus» Bluetooth-cihazın köməyilə real həyata uyğun xəritələr əsasında tapmaq lazımdır. Pokemon yaxınlıqda olanda smartfon vibrasiya edir, «Pokemon Go Plus»un üzərindəki işıq diodu yanıb sönməyə başlayır.

Pokemonu tutmaq üçün onu nişan almaq və ekran klikləyərək Poke-Boll-u onun üzərinə atmaq lazımdı. «Pokemon Go Plus» vasitəsilə də pokemonları tutmaq və digər sadə əməliyyatları həyata keçirmək mümkündür. «Pokemon Go Plus» cihazı iyul ayının sonunda istifadəyə veriləcək, qiyməti də 34,99 dollar olacaq.

 

Oyun artıq Avstraliya və Yeni Zelandiyada və ABŞ-da böyük populyarlıq qazanıb. «Pokemon Go» hazırda ABŞ-ın ən çox yüklənən tətbiqdir. Oyunun belə məşhurlaşması serverlərdə problemlərə səbəb olub. Avstraliya polisi bildirir ki, “Pokemon Go” potensial təhlükə daşıyıcısıdır. Belə ki, fikirləri oyuna qarışan insanlar şəhər hərəkətində təhlükə yaradır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271