İKT

“Instagram”da lazımsız şərhləri avtomatik silən funksiya olacaq
08 İYUL
155

“Instagram”da lazımsız şərhləri avtomatik silən funksiya olacaq

2016-07-08 12:23:00

“Instagram” rəhbərliyi biznes-akkauntlar üçün yeni funksiya yaradıb. 

Fins.az lent.az-a istinadən verdiyi xəbərə görə, bundan sonra bu cür səhifələrin sahibləri şərhləri moderasiya edə biləcəklər. 

Bu imkan çoxlu sayda abunəçiyə malik səhifələr üçün yaradılacaq. Belə səhifələrdəki paylaşımlara həddən artıq şərh yazılır və onlara hazırkı “əl rejimi” ilə nəzarət etmək mümkün olmur. Yeni funksiyaya əsasən istifadəçi şərhlərdə görmək istəmədiyi müəyyən söz və ya söz birləşmələrini sistemə daxil edəcək, nəticədə həmin sözlərin istifadə olunduğu şərhlər avtomatik silinəcək. Bu, senzuradan kənar ifadələrdən, spamlardan və reklamlardan qorunmağa imkan verəcək. 

Biznes-akkauntlar yaxın vaxtlarda bütün dünya üzrə istifadəçilər üçün əlçatan  olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272