İKT

Smartfonlar satılmır - İSTEHSAL AZALIR
01 İYUL
335

Smartfonlar satılmır - İSTEHSAL AZALIR

2016-07-01 11:21:00

Apple, Samsung və Huawei şirkətləri bazar artımının zəifləməsi səbəbindən 2016-cı ildə smartfonlarının istehsal həcmini aşağı salırlar. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, artıq satışda olan cihazlar ucuzlaşır – alıcılar bahalı brend smartfonları artıq sevmirlər.

Apple

Nikke nəşri iddia edir ki, “Apple” artıq “iPhone”un aktual modellərinin istehsal həcmini aşağı salıb. Lakin bununla bağlı nə dəqiq, nə də təqribi rəqəmlər yoxdur. Mütəxəssislər qeyd edirlər ki, bunun əsas səbəbi – bazarın zəifləməsi və original smartfonlardan da üstün hazırlanan Çin istehsalçılarının replika smartfonlarının istehsalının artmasıdır.

Samsung

“Samsung” smartfonlarının hazırlanması üçün lazım olan detalların qiyməti 10-20% aşağı düşüb. Əvvəlvə şirkət 2016-cı ilin iyul-sentyabr ayları üçün 28-30 milyon “Galaxy S7” smartfonu istehsal etməyi planlaşdırırdı. Digər modellərin istehsalı da azaldıldı.

Huawei

Şirkət 2016-cı ilin III rübündə bazara 14-15 milyon flaqman “Huawei P9” smartfonlarını çıxarmağı düşünürdü, lakin bu rəqəm, çox güman ki, 10-20% az olacaq. Şirkət smartfonlarının bütün modellərinin təqribi təchizatı 2016-cı il ərzindı planlaşdırılan 140 milyondan 120 milyona endirilib. Buna baxmayaraq, bu rəqəm ötən illə müqayisədə 13% çoxdur. “Huawei”də “P9” və “P9 Plus”-un satışlarından razıdırlar, lakin tələbatın proqnozlaşdırıldığından az olduğuna görə, dinamika pisləşəcək. Buna görə şirkıt artıq indi sifariş həcmini azaldıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270