İKT

3D printerdə villa çap edildi - DÜNYADA İLK
01 İYUL
296

3D printerdə villa çap edildi - DÜNYADA İLK

2016-07-01 10:51:00

Çində dünyada 3D-printer vasitəsilə inşa olunmuş ilk evi təqdim edilib.

Fins.az-ın lent.az-a istinadən verdiyi məlumata görə, villanın inşası 45 günə baş tutub. 

Layihə müəllifləri əmindir ki, evin inşasında inqilab ediblər. Ev Pekinin Tuncou rayonunda 6 həftə yarım ərzində inşa edilib. Nəticədə ümumi ərazisi 400 kv. m olan və divarlarının qalınlığı 240 sm olan iki mərtəbəli bir villa alınıb. Evin quraşdırılması ilə yerli “Huashang Tengda” müəssisəsi məşğul olub.


Şirkət nümayəndələri qeyd edib ki, onlar bu evi inşa etmək üçün əl əməyindən istifadə ediblər. Ancaq bütün inşaat prosesi texnoloji mütəxəssislərin nəzarəti altında aparılıb. Evin yaradılması prosesində nəhəng sənaye printerləri də iştirak ediblər. Bu printerlər sonradan pazzl kimi hissələrlə yığılan evin konstruksiyasının dəmir-beton konstruksiyalarını yaradıblar. 

İki və ya daha çox mərtəbəli buna bənzər tikililər 3D printerlərdə hissələrlə çap olunaraq daha əvvəl də inşa edilib. Ancaq hesab edilir ki, bu iqamətgah “birnəfəsə” inşa olunan ilk tikili olub.
 
Villanın yaradıcıları əmindir ki, bu tikili 8 bal gücündə zəlzələyə dözə bilmək iqtidarındadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272