İKT

6 yaşlı aşpaz “YouTube” videosuna görə 2 min dollar qazandı
30 İYUN
326

6 yaşlı aşpaz “YouTube” videosuna görə 2 min dollar qazandı

2016-06-30 16:16:00

Nihal Rac adlı 6 yaşlı hindistanlı oğlan “Facebook” şirkətindən 2 min dollar pul alıb.

Fins.az-ın Lent.az-a istinadən məlumatına görə, “Facebook” uşağın “YouTube” kanalında yerləşdirdiyi videoçarxlardan birinin istifadəsi üçün icazə istəyib.  

Daha çox Kiça niki ilə tanınan gənc aşpaz “YouTube”da öz şəxsi kanalını yaradıb. Oğlan yemək bişirməyə 4 yaşından başlayıb. O, qurmanlar ailəsində yaşayır və aşpazlıq məharətinə görə valideynlərindən heç də geri qalmaq istəmir. Bloqqer əsasən sadə desertlərin hazırlanması ilə maraqlanır. 
 
“Facebook” komandası Rac ilə şəxsən əlaqə yaradaraq, onun video çarxlarına müəlliflik hüquqlarının alınmasını təklif edib.
 
Nəşr qeyd edir ki, sosial şəbəkəni uşağın dondurma hazırlaması ilə bağlı videosu maraqlandırıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275