İKT

Alimlər “5D” printeri icad ediblər
30 İYUN
257

Alimlər “5D” printeri icad ediblər

2016-06-30 16:14:00

Son illər ərzində "3D" printerlərin populyarlığı xeyli artıb. Bu gün sözügedən texnologiyanın köməyi ilə yalnız sadə detallar deyil, həm də mürəkkəb konstruksiyalar hazırlanır. Bu halda alim və mühəndislər artıq mövcud olan texnologiyaları təkmilləşdirmək barədə düşünürlər.

Fins.az “ictnews.az” saytına istinadla xəbər verir ki, bu günlərdə "Mitsubishi Electric Research Laboratories" şirkətinin mütəxəssisləri "5D" printeri yaradıblar.

"Mitsubishi Electric Research Laboratories" tərəfindən hazırlanmış "5D" printer yüksək möhkəmliyə malik detallar hazırlamağa imkan verir.

Şirkətin mütəxəssisləri iddia edirlər ki, eyni materiallardan istifadə zamanı "5D" printerdə yaradılmış məhsul 5 dəfə daha möhkəmdir və onların istehsalı üçün 25 faiz daha az plastik lazımdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272