İKT

«Vertu» «ucuz» smartfon buraxdı - QİYMƏT
30 İYUN
641

«Vertu» «ucuz» smartfon buraxdı - QİYMƏT

2016-06-30 11:17:00

Dünyanın ən bahalı smartfon istehsalçılarından biri «Vertu» şirkəti yeni «ucuz» smartfon buraxıb. Lüks brendin  “Aster Chevron” adlanan yeni cihazının qiyməti – cəmi 4 574 dollardır. Bu qiymət brendin əvvəlki telefonlarının qiyməti ilə müqayisədə xeyli aşağıdır. Smartfon artıq dünəndən etibarən satışa çıxarılıb. 

Xüsusiyyətləri:

• Prosessor: Qualcomm Snapdragon 801, 4 nüvəli, 2.3 GHz

• Daxili Yaddaş: 64 GB

• Ekran: 4,7 düym, 1080p, 473dpi, sapfir şüşəsi ilə örtülüb

• Əsas kamera: 13 MP, Hasselblad sertifikatı, ikili işıq diodlu flaş

• Frontal kamera: 2,1 MP

• Əməliyyat sistemi: Android 5.1 Lollipop

• Akustika: “Dolby Digital Plus”u dəstəkləyən 13x18 mm-lik dinamik

• Naviqasiya: A-GPS + kompas

• Akkumulyator: 2275 mAh, Qi simsiz enerji doldurma standartı ilə

• Sensorlar: hiroskop, akselerometr • Kommunikasiya: LTE, iki diapazonlu WLAN 802.11 a,b,g,n,ac, USB On-The-Go dəstəkli MicroAB, WCDMA, Bluetooth v4.0, NFC

• Rəng seçimi: qara, mavi, çəhrayı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272