İKT

Nazirliklərdən birinə yeni müavin təyin olundu - SƏRƏNCAM
24 İYUN
533

Nazirliklərdən birinə yeni müavin təyin olundu - SƏRƏNCAM

2016-06-24 12:28:00
Əli Abdullayev Rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Fins.az "Qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Əli Abdullayev bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri təyin olunmuşdu.

O, 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını siyasi idarəetmə, hüquqşünaslıq ixtisasları üzrə bitirib.

2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Xatırladaq ki, hazırda Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275