İKT

Nazir müavini: "İcra hakimiyyətləri elektron xidmətlər yaratmalıdırlar"
23 İYUN
225

Nazir müavini: "İcra hakimiyyətləri elektron xidmətlər yaratmalıdırlar"

2016-06-23 14:13:00

Son illər ölkədə Elektron hökumət portalı vasitəsilə müvafiq qurumların vətəndaşlara göstərdikləri xidmətlər elektron formada çatdırılır. Artıq sıra yerli icra orqanlarına çatıb. 

Fins.az "APA"ya istinadən xəbər verir ki, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə “Dövlət idarəçiliyinin Azərbaycan modeli: dövlət qulluğunda innovasiyaların tətbiqi” mövzusunda keçirilən elmi-praktik konfrans elektron xidmətlərlə bağlı müəyyən  gözləntilərin olduğu nu bildirib.

"Elektron xidmətlərin əhaliyə çatdırılması istiqamətində müəyyən uğurlar əldə olunsa da, bəzi məsələlər üzrə müəyyən gözləntilər var".

Nazir müavininin sözlərinə görə, artıq mərkəzi icra hakimiyyəti səviyyəsində görülən işlər yerli icra hakimiyyəti orqanları səviyyəsində də görülməlidir: “Yerli icra hakimiyyətləri orqanları elektron xidmətlərin yaradılmasını təmin etməlidir. Nazirlikdə hər bir şəxs vətəndaşların elektron xidmətlərə rahat çıxışı təmin etmə işinə öz töhfəsini verir. Dövlət İdarəçilik Akademiyasında Elektron  hökumət kursları mövcuddur. Eyni zamanda, Rabitə və Yüksək Texnologiyalar  Nazirliyi yanında Elektron Hökumət Təlim-Tədrisi Mərkəzi yaradılıb. Onun 15 bölgədə 17 mərkəzi fəaliyyət göstərir. Baş ofis Bakıda yerləşən mərkəzlər müasir kompyuter avadanlıqları ilə təchiz edilib”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274