İKT

Microsoft, LinkedIn-i satın aldı
13 İYUN
580

Microsoft, LinkedIn-i satın aldı

2016-06-13 17:12:00

Dünyanın ən böyük proqram şirkətlərindən biri olan Microsoft, dünyanın ən böyük peşəkar ünsiyyət şəbəkəsi olan LinkedIn-i 26,2 milyard dollar qarşılığında satın aldı.

Fins.az "Marja"ya istinadən xəbər verir ki, satınalma prosedurlarının bu ilin sonuna qədər tamamlanacağını bildirən Microsoft, LinkedIn-in İcraçı direktoru Cef Veynerin (Jeff Weiner) vəzifəsini davam etdirəcəyini, Şirkətin mədəniyyəti, müstəqilliyi və markasının qorunacağını bildirib.

Satınalma müqaviləsi Microsoft və LinkedIn-in rəhbərlik komissiyaları tərəfindən yekdilliklə təsdiq olunub. Müqavilənin bu il başa çatdırılması gözlənilir.

Müqavilənin ictimaiyyətə elan edilməsinin ardından LinkedIn səhmləri 48 faiz qalxıb, Microsoft səhmləri isə 1% ucuzlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275