İKT

Smartfonlar üçün ən sürətli enerji toplama qurğusu
09 İYUN
255

Smartfonlar üçün ən sürətli enerji toplama qurğusu

2016-06-09 08:19:00

“MediaTek” şirkəti “Pump Express 3.0” texnologiyası əsasında dünyanın ən sürətli enerji toplama qurğusunu yaradıb.

Fins.az ıctnews.az-a istinadən xəbər verir ki, istehsalçının məlumatına görə, yeni texnologiya vasitəsilə smartfonu 20 dəqiqəyə enerji ilə 0-70 faiz doldurmaq mümkün olacaq.

“Pump Express 3.0” texnologiyası, həmçinin enerji ilə doldurulma zamanı smartfonun qızma problemini həll edib. Belə ki, bu, enerjinin bilavasitə adapterdən batareyaya ötürülməsi sayəsində mümkün olub.

“MediaTek” nümayəndələrinin sözlərinə görə, yeni texnologiya ilə təchiz edilən qurğular 2016-cı ilin sonunadək satışa çıxarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275