İKT

“WhatsApp”a yeni funksiya əlavə olundu
08 İYUN
1865

“WhatsApp”a yeni funksiya əlavə olundu

2016-06-08 18:39:00

“Facebook” şirkətinə məxsus “WhatsApp” proqramında tezliklə animasiyalı “GIF” şəkillərə baxmaq mümkün olacaq. Demək olar ki, bütün populyar messencerlər "GIF" formatlı şəkilləri dəstəkləyir, ancaq messencer bazarının lideri və 1 milyarddan çox insan tərəfindən istifadə edilən “WhatsApp” uzun müddət yalnız statik şəkillərə üstünlük verib.

Fins.az “vesti.ru” saytına istinadən xəbər verir ki, “WhatsApp” messencerinin “iOS” mobil əməliyyat sistemi ilə işləyən qurğular üçün ən son beta versiyasında “GIF” formatlı şəkillərin dəstəyi aşkar edilib. Proqramda dəyişiklikləri izləyən “@WABetaInfo” adlı “Twitter” bloqunun müəllifləri yazıblar ki, messencerin “2.16.7.1” versiyası “GIF” formatlı şəkilləri avtomatik göstərir. Bloqun mütəxəssisləri qeyd edirlər ki, “GIF” faylları, həmçinin statik təsvir kimi yadda saxlamaq mümkün olacaq.

Ehtimal ki, tezliklə messencerin “Android” sistemi üçün versiyası da “GIF” formatında şəkilləri göstərəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271