İKT

Azərbaycanda yeni sosial şəbəkə yaradılır – 50 MİLYON ÜZV
07 İYUN
959

Azərbaycanda yeni sosial şəbəkə yaradılır – 50 MİLYON ÜZV

2016-06-07 19:02:00

Azərbaycan startapçıları yeni sosial şəbəkə yaratmağa hazırlaşırlar. Fins.az-ın məlumatına görə, «Kvotter»adlanacaq yeni şəbəkənin əsas istifadəçiləri kitabsevərlər və yazıçılar olmalıdır. Təşkilatçılar cəmi bir neçə il ərzində şəbəkənin istifadəçilərinin sayınüı 50 milyon nəfərə çatdırmaq niyyətindədirlər. Bu barədə fins.az-a «Kvotter» layihəsinin rəhbəri Orxan Əhmədov bildirib.

Sitatı xoşladınsa bölüş

O.Əhmədovun fins.az-a bildirdiyinə görə, «Kvotter»- kitab oxuyanlar üçün sitat paylaşmasını rahatlaşdıran mobil tətbiq, eyni zamanda həm də sosial platformadır. Şəbəkə və ya tətbiq belə işləyəcək: istifadəçi hər hansı kitabdan və ya çap məhsulundan (jurnal və s. ) hər hansı sitatı xoşladısa. Onu qeyd edib, paylaşa biləcək: «İndiyədək biz həmin sitatı unutmamaq üçün rəngləyirdik, ya da başqa üsullardan istiadə edirdik, indi isə səhifənin şəklini çəkib həmin sitatı qaraldırıq, tətbiq bu şəkili yazı formasına çevirir və paylaşır».

Burada da istifadəçilər qeydiyyatdan keçməlidirlər

Amma «Kvotter» adi tətbiq deyil. Fins.az-ın məlumatına görə, bu şəbəkədə də istifadəçilər hesab (akkount) açmalı və qeydiyyatdan keçməlidirlər – Facebook və Twitter-də olduğu kimi. Sadəcə, adi şəbəkələrdən fərq ondan ibarətdir ki, burada yalnız sitat paylaşmaq olar. Status yazmaq və ya şəkil paylaşmaq mümkün deyil. Qeydiyyat zamanı istifadəçilər iki yerə bölünəcək – adi adamlar və yazıçı-bloqqerlər.

Əsas hədəf kitabsevərlərdir

Adi istifadəçilər yalnız mövcud kitablardan sitat bölüşə bilərlər. Yazıçılar və ya bloqerlər isə öz kitablarınan da paylaşa biləcəklər. Şəbəkənin əsas üstünlüklərindən biri istifadəçilərin yeni kitab tapılması imkanının olmasıdır. Ona görə də əsas hədəf kütləsi kitab oxucularıdır.

Hədəfimiz 50 milyon nəfərdir

Orxan Əhmədov bildirib ki, «Kvotter» layihəsi təkcə Azərbaycan üçün deyil: «Biz qlobal bazara hədəflənmişik, gələcəkdə, qarşıdakı 3 ildə istifadəçilərimizin sayını 50 milyon nəfərə çatmağı planlaşdırırıq». Qeyd edildiyi kimi, şəbəkənin sahibləri kitab bazarının oxucularını hədəfləyir. Bu sahədə ən böyük bazar isə ABŞ-dır – dünya kitab bazarının 26%-i burdadır. Sonra isə Çin və başqa ölkələr gəlir.

Yaxın günlərdə işə düşəcək

Yeni şəbəkə yayın ortalarından işə düşəcək. «Kvotter» ilkin olaraq ingiliscə açılacaq. Amma bütün dillərin əlifbalarını tanıyır, ona görə də, bütün ölkələrin sakinləri bu şəbəkəyə qoşula biləcəklər.

500 min dollar yatırım lazımdır

Layihənin müəllifləri artıq onun reallaşması üçün investisiya axtarmağa başlayıblar. İlkin mərhələdə «Kvotter»ə 50 min dollar yatırım nəzərdə tutulur. Sonradan fəaliyyətin genişləndirilməsi üçün yatırım 500 min dollara çatmalıdır. Artıq iki xarici şirkət investiçiya üçün maraqlanıb. Bunlar Ukraynada fəaliyyət göstərən ABŞ şirkətləridir.

«Kvotter» illik 1 milyon qazanc gətirəcək

«Kvotter» müəllifləri investorlarına illik 1 milyon dollara çatan qazanc vəd edirlər. O.Əhmədovun hesablamalarına görə, layihə artıq 1-ci ildən sonra pul qazanmağa başlayacaq. 3-5 il ərzində isə bu məbləğ 1 milyon dolları keçəcək. Əsas gəlir mənbəyi kitab satışından faizlər – komisiyon haqlarıdır. Artıq bununla bağlı müqavilələr var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272