İKT

Azercell-dən bağlanma xəbərinə - AÇIQLAMA
07 İYUN
1356

Azercell-dən bağlanma xəbərinə - AÇIQLAMA

2016-06-07 17:23:00

Mediada “Azercell” mobil operatorunun ləğv olunması ilə bağlı məlumatlar ciddi rezonans doğurub. Şirkət rəsmiləri məsələyə aydınlıq gətiriblər.

Azercell-in korporativ ünsiyyət rəhbəri Nigar Şıxlinskaya Fins.az-a bildirdi ki, hazırda “Azercell Telekom”-a qarşı davam edən heç bir təhqiqat işi mövcud deyil, İsveç prokurorluğu Bloomberg agentliyinin istinad etdiyi Azərbaycana dair təhqiqat işini bu yaxınlarda bağlı elan edib. 

Eləcə də bax: "Azercell" ləğv olunur?

N.Şıxlinskaya əlavə edib ki, “Azercell Telekom” MMC öz fəaliyyətini olduğu şəkildə tam gücü ilə davam etdirir.

“Bəzi xəbər saytları tərəfindən dərc olunan yazıların heç bir əsası yoxdur. Ölkənin aparıcı mobil operatoru olan Azercell Telekom 4.5 milyonluq abünəçi ailəsinə ən yüksək səviyyədə mobil rabitə xidmətləri göstərir və 20 il ərzində olduğu kimi tam gücü ilə bazarda öz lider mövqeyini qoruyub saxlamaqdadır”.

Bundan basqa 01 iyun 2016-ci il tarixindən qüvvəyə minən Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, “Azercell Telekom” MMC-nin mövcud Lisenziyaları qeyri – məhdud müddətə uzadılmış hesab edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272