İKT

60 min işçisini robotlarla əvəz etdi
26 MAY
373

60 min işçisini robotlarla əvəz etdi

2016-05-26 15:55:00

Çin zavodlarında “iPhone” və “Samsung” smartfonlarının yığılması ilə məşğul olan “Foxconn” şirkəti 60 min əməkdaşını robotlarla əvəz edib. Fins.az xəbər verir ki, bunlar ölkənin Szyansu vilayətində yerləşən müəssisəin işçiləridir. Əvəzetmə nəticəsində zavodun əməkdaşlarının say 110 mindən 50 minə qədər azaldılıb.

Zavodun yerləşdiyi Kunşan bölgəsinin yerli hökumətinin ictimaiyyətlə əlaqələr üzrə təmsilçisi Syuy Yuylyan bildirib ki, “Foxconn” şirkətinin atdığı digər şirkətlər də təkrarlayır. O, bu barədə yerli “South China Morning Post” qəzetinə açıqlamasında deyib. 

İşçilərin sayının azaldılmasını şərh edən “Foxconn Technology Group” isə bəyan edib ki, bir çox istehsal prosesləri avtomatlaşdırılır. Lakin söhbət genişmiqyaslı ixtisarlardan getmir: “Biz robot texnikasına əsaslanan mühəndislik və mexaniki iş üçün digər innovativ istehsal texnologiyaları tətbiq edirik. Əvvəllər bu işləri bizim əməkdaşlarımız görürdü. Hazırda isə biz təlimlər keçməklə onları daha böyük əlavə dəyər yaratmaq prosesinin elementi olmağa sövq edirik. Bunlar konstruktiv yeniliklər, texnoloji proseslərin idarə edilməsi və keyfiyyətə nəzarət prosesləridir”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272