İKT

Microsoft, Nokia-nı satdı
18 MAY
404

Microsoft, Nokia-nı satdı

2016-05-18 17:58:00

Bir vaxtlar cib telefonu sənayesinin ən böyük adı olan Nokia-nı 2013-ci ildə satın alan Microsoft-un bu investisiyası gözlədiyi "meyvəni" vermədi.

Fins.az xəbər verir ki, şirkət, Nokia-nın telefon bölməsini və ad haqqını 350 milyon dollara Tayvanın Foxcon şirkətinə satıb.

Müqavilə yalnız Nokia ən əsas dizaynlı telefonlarını əhatə edir, Windows 10 proqramına, Lumia telefonları və Windows Phone-u istehsal edən Acer, Alcatel, HP, Trinity və VAIO kimi markalara Microsoft-un dəstəyi davam edəcək. Müqavilə ilə birlikdə 4 min 500 işçi heyəti Foxcon-na keçəcək.

Dünyanın ən böyük proqram şirkətlərindən biri olan Microsoft, Finlandiyanı Nokia şirkətini 3 Sentyabr 2013-cü il tarixində 7,2 milyard dollara satın almışdı. Şirkət, Nokia-nın ad haqlarını 2024-cü ilə qədər əlində saxlayacaqdı. Ancaq həm Apple və Samsung kimi markaların sektorda dominatlıq etməsi, həm də qlobal iqtisadiyyatdakı yavaşlamaya bağlı olaraq telefon bazarının geriləməsi səbəbindən Microsoft-un telefon gəlirləri ilin ilk rübündə 46% aşağı düşüb.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274