İKT

"Azərbaycanda vençur fondları yaradılacaq"
17 MAY
485

"Azərbaycanda vençur fondları yaradılacaq"

2016-05-17 18:04:00

Azərbaycanda vençur fondlarının (risklərin diversifikasiyası məqsədilə birgə maliyyələşdirmə fondları) yaradılması ilə bağlı iş gedir. Fins.az “Report”-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, bu tipli fondların yaradılması üçün hazırkı qanunvericilikdə müvafiq dəyişikliklər etmək lazımdır: “Ölkəmizdə vençur maliyyələşməsi üçün qanunvericilik aktlarının hazırlanması ilə bağlı işlər gedir. Hazırda bizim təşəbbüsümüzə dövlət qurumlarında baxılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272