İKT

"Facebook" reklamı hər adama göstərmir - YENİLİK
17 MAY
428

"Facebook" reklamı hər adama göstərmir - YENİLİK

2016-05-17 14:24:00

Belçika polisi insanları fevral ayında Facebook saytına əlavə olunan «Reactions» düyməsini istifadə edərkən ehtiyatlı olmağı xəbərdar edir. 

Bu düymə ilə istifadəçilər paylaşıma olan münasibətini altı reaksiyadan birini - kədər, hirs, sevgi, heyranlıq, və s. seçərək bildirir. 

Polis müəyyən etmişdir ki, Facebook insanların emosiyalarını nəzərə alaraq reklam səmərəliliyini artırmağa çalışır. Alqoritmlər insanın yaxşı əhvalda olduğu zamanı müəyyən edir və sonra ona reklam göstərir. Bununla Facebook reklam sisteminin işini asanlaşdırmış olur. 

Müştərinin əhvalı reklamı hədəfləmək üçün daha bir parametrdir. Belə ki, min nəfər xoşbəxt insanlara göstərilən reklam, min nəfər neytral əhvalda olan insanlara göstərilən reklamdan daha baha olacaq. 

Mütəxəssislər Facebook-un bu funksiyanı kommersiya mənfəəti üçün istifadə edəcəyini xəbərdar etmişdir. Facebook isə, bu funksiyanın istifadəçilərin rahatlığı üçün, emosiyalarını daha dəqiq ifadə etmək üçün olduğunu israr edirdi.

Mənbə: facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272