İKT

Stresin səviyyəsini ölçən “maus”
16 MAY
248

Stresin səviyyəsini ölçən “maus”

2016-05-16 08:31:00

Elektron komponentlərin hazırlanması üzrə ixtisaslaşmış Yaponiyanın “Alps Electric” şirkəti istifadəçidə stresin səviyyəsini ölçməyə imkan verən yeni kompyuter “maus”unu təqdim edib. Fins.az xəbər verir ki, “maus” hərarət və havanın rütubətliyini, həmçinin bir sıra fizioloji göstəriciləri ölçən sensorlarla təchiz edilib. Toplanılan məlumatları təhlil edən qurğu istifadəçidə stresin səviyyəsini müəyyənləşdirir. Bunun üçün kompyuter istifadəçisinin əli ilə “maus”u saxlaması kifayətdir.

“Alps Electric” şirkəti əlavə sınaqların keçirilməsindən sonra cari ilin sonunadək yeni qurğunun satışına başlamağı planlaşdırır.

Məlumata görə, yaponlar normadan artıq işləyirlər və iş prosesində güclü stress keçirirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272