İKT

Dəqiqəsi 1,2 manata danışmağın ləzzəti - «NAR» SİRLƏRİNİ AÇDI
13 MAY
1276

Dəqiqəsi 1,2 manata danışmağın ləzzəti - «NAR» SİRLƏRİNİ AÇDI

2016-05-13 16:27:00

Ölkənin mobil rabitə bazarındakı rəqabət artıq keyfiyyətli xidmət müstəvisində gedir. Müasir İT kommunikasiyaların tətbiqinə çalışan şirkətlər texnoloji üstünlüyə nail olmaqla tələbkar müştərilərini saxlamağa çalışırlar. Mobil “3-lük” əsas investisiya qoyuluşlarını da məhz bu istiqamətə yönəldib.   

5600-dən çox baza stansiya

“Nar” mayın 12-də Jumeirah Bilgah Beach otelində jurnalistləri bu sahədə təlimatlandırmaq məqsədilə bir araya toplayaraq həm baza stansiyalarının gücü, həm də ümumiyyətlə mobil rabitənin texniki tərəflərini, rabitənin qurulması mexanizminə dair təlimat keçdi.  “Nar”ın texniki şöbəsinin eksperti Hüseyn Ziyadov mobil rabitənin əlifbasından tutmuş, müasir 4 G rabitəsinədək bütün inkişaf mərhələlərinə dair səlis təqdimatla çıxış etdi. Məlum oldu ki, mobil rabitə bazarın sonbeşiyi olan “Nar” ötən 2 il ərzində baza stansiyalarının sayını 2 dəfədən çox artıraraq, 5600-ü ötən bir rəqəmə çatdırıb. Bunun sayəsində də operator ölkəmizi 100 faizlik əhatə etmək imkanı qazanıb.

2G tarixə qovuşacaq

Məlumdur ki, hazırda dünyada mobil, xətti və peyk rabitəsindən istifadə edilir. Mobil rabitə bazarı inkişaf tendensiyasına görə daha sürətlə irəliləyir. Hazırda 4G-nin tətbiq olunduğu bir dönəmdə isə 2 G-nin də bazarda qalmasına səbəb isə yalnız bu texnologiyanı dəstəkləyən mobil telefonların dünyada, eləcə də Azərbaycanda istifadəsinin davam etməsidir. Hərçənd xalqımızın danışmağa və müasir telefonlara olan sevgisi böyük olsa da, vətəndaşlarımız arasında “daşdöyən” köhnə tipli telefonların sayı nisbətdə daha  çoxdur. Lakin bu sahənin liderləri və bazara nəzarət edən əsas şirkətlər qarşıdakı 2-3 ilə 2G-nin artıq mövcud olmayacağı haqqında bəyanatlar səsləndirirlər.          

1 dəqiqəsi 1 man 20 qəpik

Mobil rabitə növlərinin arasında ən bahalısı peyk üzərindən reallaşan danışıqlardır. Peyk rabitəsinin hazırki vəziyyəti müştəri üçün müəyyən diskomfort yaratsa da, ondan istifadə edənlər də az deyil. Xüsusən də uçuş müddəti uzun olduqda, məsələn 6-7 saatını təyyarədə keçirən sərnişinlər öz işlərini həll etmək, lazım gəldikdə isə əlaqə yaratmaq məqsədilə “Nar”ın bu rabitəsindən istifadə edirlər. Hazırda “Azal”a məxsus “Airbus” tipli 9 təyyarədə bu tip rabitəni dəstəkləmək üçün baza stansiyaları quraşdırılıb. Bu baza stansiyaları təyyarənin naqivasiya sisteminə qoşulur və peyk üzərindən mobil rabitə qurulur. “Azal”la uçarkən, 4 min metr yüksəkliyə qalxanda bu xidmətdən istifadə etmək olar. Üstəlik, bu  rabitə əlaqəsi yalnız Avropa ölkələrinin üzərindən keçərkən mümkündür. Qiymətə gəlincə, peyk rabitəsi bahalı olduğundan bu danışığın qiyməti də ucuz deyil – 1 dəqiqəsi 1 man 20 qəpik. 

“Dekorativ baza stansiyaları”

3 mobil operatorun Bakıda quraşdırdığı baza stansiyalarının sayını düşünsək, şəhərdə nə qədər belə qurğunun olduğunu təsəvvür edirsinizmi?! Adətən biz onları görmürük, çünki həmin qurğular müxtəlif dekorativ əşyalarla üzlənib. Bu qurğuların insanların səhhətinə zərəri ilə bağlı məlumatlara gəlincə, “Nar” rəsmisinin sözlərinə görə, bu avadanlıqların ekoloji pasportu var və ətrafa zərərli şüalar yaymır

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275