İKT

Apple-ı “taxt”dan saldı
13 MAY
474

Apple-ı “taxt”dan saldı

2016-05-13 13:04:00

"Google" "Apple"ı keçərək ən dəyərli şirkət oldu

"Google"un bağlı olduğu "Alphabet" şirkəti, səhmlərinin bahalaşması sayəsində texnologiya nəhəngi "Apple"ı geridə qoyaraq dünyanın ən dəyərli şirkəti olub.

Fins.az xəbər verir ki, "Alphabet" şirkətinin səhmlərinin qiyməti Nyu York birjasında 0,29 faiz artıb və şirkətin ümumi bazar dəyərini 503 milyard dollara çıxıb.

Digər tərəfdən, "Apple"ın səhmləri Nyu York birjasında eyni vaxtda 2,1 faiz dəyərdən düşərək şirkətin bazar dəyərinin 496 milyard dollara düşməsinə səbəb olub.

Beləliklə, "Google"ın baş təşkilatı "Alphabet"in ümumi bazar dəyəri, 2 Fevraldan sonra təkrar "Apple"ın bazar qiymətini geridə qoymuşdur. Sözügedən tarixdə, "Apple"ın "taxtı" geri alması ertəsi gün baş vermişdi.

 Analitiklər, "Alphabet"in bu səfər "taxtı" verməsinin çətin olacağını bildirərək, şirkətin bu ilin ilk üç ayına dair balansının "Apple"dən daha yaxşı çıxdığına diqqət çəkirlər.

Bu ilin ilk rübündəki gəlirləri keçən ilin eyni dövrü ilə müqayisədə  20 faiz artan "Alphabet"in xalis mənfəəti  də eyni dövrdə 17 faiz yüksəlib.

Digər tərəfdən, 2016-nın ilk 3 ayındakı gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 22,8 faiz azalan "Apple"ın, bu ilin ilk 3 ayında mənfəəti də ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz geriləyərək 2003-cü ildən bu yana ilk dəfə azalma qeyd edib.

Həmin dövrdə "Apple"ın "iPhone" telefon satışlarında da şirkət tarixində ilk dəfə azalma görülüb. Bu ilin Yanvar-Mart dövründə "iPhone" satışları 16,1 faiz düşərkən, iPad planşet satışları da 18 faiz geriləyib.

Pis maliyyə nəticələri səbəbindən, "Apple"ın səhmləri aprelin son həftəsi mayın ilk həftəsi arasında Nyu-York birjasında 8 əməliyyat günü mütəmadi şəkildə düşərək, 1998-ci ilin İyul ayından bu yana şirkət tarixində ən uzunmüddətli səhm ucuzlaşamsı baş vermişdi.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271