İKT

«Bakcell»dən yenilik - «INSTAGRAM» PULSUZ OLDU
13 MAY
634

«Bakcell»dən yenilik - «INSTAGRAM» PULSUZ OLDU

2016-05-13 12:25:00

«Bakcell» şirkəti «iPhone» istifadəçiləri üçün pulsuz Instagram xidmətini istifadəyə verdiyini elan edib. Şirkətdən fins.az-a verilən məlumata görə, bir qədər əvvəl «Bakcell» Novruz hədiyyəsi kimi Pulsuz Facebook və Klass tarifində olan abunəçilər üçün pulsuz Whatsapp kimi müxtəlif innovativ data təkliflərini təqdim edib.

İndi iPhone mobil telefonlarına sahib olan bütün Bakcell abunəçiləri xüsusi sərfəli iPhone paketləri daxilində Instagram xidmətindən pulsuz istifadə etmək imkanı qazanacaqlar. Yeni iPhone paketləri əsas internet paketindən və abunəçilərin öz iPhone mobil telefonlarında istifadə edə biləcəyi xüsusi bonusdan – “Instagram”dan istifadə etmək üçün əsas internet paketinin həcminə bərabər olan həcmdə pulsuz trafikdən ibarətdir.

“Bakcell şəbəkəsində iPhone istifadəçilərinin sayı çoxdur  və onların əksəriyyəti fəal Instagram istifadəçiləridir. «Bakcellin “Daha yaxın olaq” fəlsəfəsinə uyğun olaraq, biz çalışırıq ki, abunəçilərimiz yaşadıqları xoş anları öz yaxınları, dostları və ailələri ilə daha çox paylaşmaq imkanına malik olsunlar. Biz inanırıq ki, indi hər bir iPhone istifadəçisi təqdim edilən bu internet paketlərindən özünə ən çox uyğun olanını seçə biləcək. Aylıq istifadə həcmindən asılı olaraq siz təkliflərdən birini seçə və ona uyğun internet paketində “Instagram”dan pulsuz faydalana bilərsiniz», - deyə Bakcell şirkətinin baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.

iPhone istifadəçilərinin yararlana biləcəyi yeni paketlər üstünlükləri və aktivləşdirmə kodları ilə birlikdə aşağıdakı cədvəldə göstərilib: 

iPhone istifadəçiləri üçün paket

Qiymət (ƏDV daxil)

Aktivləşdirmə kodu

1GB + 1GB Instagram

6 AZN

*134*11# yığın və ya “11” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

2GB + 2GB Instagram

8 AZN

*134*22# və ya “22” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

3GB + 3GB Instagram

10 AZN

*134*33# və ya “33” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

5GB + 5GB Instagram

12 AZN

*134*55# və ya “55” yazıb 5934 qısa nömrəsinə SMS göndərin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270