İKT

Hüquqşünas robot işə götürülüb
13 MAY
443

Hüquqşünas robot işə götürülüb

2016-05-13 10:34:00

“Baker & Hostetler” hüquq şirkəti şöbə rəhbəri vəzifəsinə süni intellekti (robot) təyin edib. Fins.az-ın xarici mətbuata istinadən məlumatına görə, o, 50 əməkdaşa rəhbərlik edəcək. Ross adlı süni intellekt “IBM” şirkəti tərəfindən “Watson” kompüterinin bazası əsasında yaradılıb. O, müflisləşmə məsələləri ilə bağlı şöbəyə rəhbərlik edəcək.

O, nə bacarır?

“Süni” hüquqşünas yazı nitqini qəbul edə, məlumat toplaya və onun əsasında müxtəlif faktların köməyilə sənəd və qanuna istinad edərək, məhkəmə istintaqı ilə bağlı qərar çıxara bilər. Süni intellekt həmçinin qanunvericilik dəyişikliklərinə nəzarət edə bilir.

Məsləhətçi

Ross həmçinin axtarış sistemi kimi də işləyir. Ona hüquq fəaliyyəti ilə bağlı istənilən sualı vermək olar. O, məlumatı təhlil edərək ona ən uyğun cavabı verir. Bunun üçün o, öz məlumat bazasından, həmçinin, müxtəlif məhkəmə işlərində presedentlərdən istifadə edir. Süni intellekt öz qərarları və “canlı” kolleqalarının məhkəmə işləri əsasında təcrübə toplaya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275