İKT

Əşyaları tanıyan cihaz yaradıldı
13 MAY
156

Əşyaları tanıyan cihaz yaradıldı

2016-05-13 08:18:00

Mühəndislər tərəfindən hazırlanmış “ağıllı” qurğu istənilən obyekti “tanıya” bilir. “Miraffe” adlı qurğu qarşısındakı istənilən obyektin adını əks etdirmək üçün kamera və xüsusi texnologiyadan istifadə edir.

 Fins.az ictnews.az-a istinadən xəbər verir ki, “Miraffe” texnologiyası ilk öncə uşaqların dünya haqqında məlumatlandırılmasına kömək məqsədilə yaradılıb. Qurğunun arxa panelindəki kamera “Wi-Fi” qoşulma vasitəsilə təsvirləri göndərir, bundan sonra onlayn məlumat bazasında uyğunluq axtarılır. Uyğunluq qeydə alınan kimi cihaz obyektin adını əks etdirir, qurğunun arxa panelindəki dinamik isə əşyanın adını səsləndirir.

Belə texnologiyalar zəif görmə qabiliyyətinə malik insanlar üçün daşınabilən qurğu kimi tətbiq edilə bilər. “Miraffe” qurğusu zəif görənlərin məkanda hərəkət etməsinə uyğunlaşdırıla bilər. Bu halda zəif görmə qabiliyyətinə malik insanlar ətrafdakı obyektlərin təsvirini dinləyə biləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272