İKT

“Instagram” tamamilə yeniləndi
12 MAY
430

“Instagram” tamamilə yeniləndi

2016-05-12 10:14:00

“Instagram”-ın uzun müddətdir sınaqdan keçirdiyi dizayn dəyişikliyi artıq rəsmi olaraq təqdim olundu. Loqosundan interfeysinə kimi bütün görünüşünü yeniləyən “Instagram” dəyişikliyi “Layout”, “Boomerang” və “Hyperlapse”-ə də tətbiq etdi.

Sosial şəbəkə son yeniləmə ilə tam minimalist dizayna qovuşdu. Bütün diqqəti paylaşılan şəkilə yönəltməyə çalışan şirkət dizaynı sadələşdirərək məqsədinə nail olub. Beləki, yeni dizaynda rəngli interfeys olmadığı üçün insanın diqqəti tamamilə paylaşımlara yönəlir.

Dəyişiklikdən sonra hər kəsin gözünün alışdığı “Instagram” loqosu da dəyişib. Alışdığımız standart kamera şəkilli loqonun yerini kamera ikonu və rəngbərəng arxa plan alıb.

Mənbə: Technews.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271