İKT

Köhnə "iPhone" gətir, yeni "Samsung" apar – RUSİYADA KAMPANİYA
05 MAY
479

Köhnə "iPhone" gətir, yeni "Samsung" apar – RUSİYADA KAMPANİYA

2016-05-05 17:23:00

"Samsung" şirkəti "Apple" smartfonlarını və özünün bütün keçmiş flaqmanlarını "Trade-in" proqramı üzrə dəyişməyə imkan verən aksiyaya başlayıb.

Belə ki, şirkət özünün "Galaxy S" və "Galaxy Note" flaqman seriyalı smartfonlarını, həmçinin"iPhone 5s", "iPhone 6 Plus" və "iPhone 6" smartfonlarını "Galaxy Note 5" və "Galaxy S6 edge" modellərinə dəyişir.

Barter zamanı alıcı köhnə smartfonu təqdim etdikdə, yenisini 15 min rubla qədər endirimlə əldə etmək imkanı qazanır. Şirkət bildirir ki, ötən il buna oxşar aksiya alıcılar arasında böyük rəğbət qazanıb.

Əvvəllər deyilirdi ki, "Apple" öz istifadəçilərinin "Android" əməliyyat sisteminə keçidi asanlaşdıran alət üzərində işləmək niyyətindədir. Sonralar şirkət nümayəndələri məlumatı təkzib etdilər və bildirdilər ki, "App Store" bir əməliyyat sistemindən digərinə "keçid"i asanlaşdıran mobil tətbiq var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275