İKT

10 yaşlı uşaq “Instagram”ı sındırdı
04 MAY
457

10 yaşlı uşaq “Instagram”ı sındırdı

2016-05-04 12:22:00

10 yaşlı finlandiyalı məktəbli Yani Facebook-un şeflərini şoka salıb. Məktəbli “Instagram”ın səhifəsində buradakı şərhləri silməyə imkan verən sistem səhvi tapıb. “Instagram”ın sahibi olan “Facebook” ona bu tapıntısına görə. 10 000 dollar ödəyib. Nəticədə Yani Facebook-un indiyədək pul ödədiyi ən gənc insan olub.

Proqramın fəaliyyətdə olduğu 5 ildə rzində sistem səhvlərinin aşkarlanmasına görə “Facebook” 800 “haker”ə ümumilikdə 4,3 milyon dollar ödəyib. Qeyd olunur ki, Yani “Instagram”ın yaş həddi şərtini pozmuşdu.

Belə ki, qaydalara görə, yalnız 13 yaşından yuxarı şəxslər bu sosial şəbəkədən istifadə edə bilər. Tapdığı boşluğun köməyi ilə istənilən hesabdakı istənilən mesajı silə bilən Jani “Hər kəsi silə bilərdim. Hətta Justin Bieberi belə,” deyə açıqlamasında bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274