İKT

«Facebook»da «yoxa çıxan mesajlar» - YENİLİK
02 MAY
385

«Facebook»da «yoxa çıxan mesajlar» - YENİLİK

2016-05-02 15:56:00

«Facebook Messenger»ə yox olma funksiyası gəlir. Bu imkan artıq ötən ilin sonundan etibarək messencerin fransız seqmentində istifadəyə verilmişdi. Şəbəkədə “Disappearing messages” (ismarışların itməsi) funksiyası aktivləşdirilmiş tətbiqin skrinşotları yayılıb. İstifadəçi indi göndərdiyi ismarışın həmsöhbəti tərəfindən nə qədər müddət görünəcəyini özü seçə biləcək.

Müəyyən vaxt keçdikdən sonra silinən ismarışı bərpa etmək mümkün deyil. Oxşar funksiya “Facebook”un son vaxtlar ən böyük rəqibi “Snapchat”də də var.

Eləcə də bax: «Facebook» bu şəbəkə ilə bacara bilmir

Bir neçə ay əvvəl ismarışların yox olma funksiyası Fransada uğurla test olunmuşdu. Yeni funksiyanın hər kəs üçün istifadəyə veriləcəyi tarix hələ ki bəlli deyil. “Facebook”da hələlik buna şərh verməkdən çəkinirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275