İKT

“Azercell”dən “çətinlik” açıqlaması
02 MAY
368

“Azercell”dən “çətinlik” açıqlaması

2016-05-02 15:38:00
"Azercell”şirkəti şəbəkəsində yaranmış problemlərə aydınlıq gətirib. Xatırladaq ki, mayın 2-də günortadan əvvəl Bakıda "Azercell”in şəbəkəsində problemlər yaranıb. Abunəçilər müəyyən vaxtlarda zəng etmək və məlumat göndərməkdə çətinliklərlə üzləşiblər. Fins.az-ın məlumatına görə, şirkətdən bildirilib ki, problemlərə səbəb saat 11:30-11:50 radələrində şəbəkədə aparılan işlər olub. Nəticədə Binəqədi və Xətai rayonlarının ərazilərində mövcud olan bəzi stansiyaların işində çətinliklər yaranıb. Şirkət iddia edir ki, təkmilləşdirmə işlərindən sonra şəbəkənin fəaliyyəti normallaşıb.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272