İKT

Dövlət oqranlarına "Facebook" öhdəliyi qoyuldu
30 APREL
819

Dövlət oqranlarına "Facebook" öhdəliyi qoyuldu

2016-04-30 11:06:00

Azərbaycanda 2018-ci ildə bütün dövlət orqanlarının sosial şəbəkələrdə səhifələri olacaq. Fins.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin 27 aprel 2016-cı il sərəncamı ilə təsdiq edilən “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb. Milli Fəaliyyət Planına əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanları 2016-2018-ci illərdə dövlət orqanlarının internet səhifələrinin mobil versiyalarının hazırlanması, sosial şəbəkələrdə səhifələrinin açılması və onların aktiv fəaliyyətinin təmin edilməsini həyata keçirməlidir.

Mənbə: apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272