İKT

Ödəniş terminalları telefon pulunu qəbul etməyə başladı
27 APREL
550

Ödəniş terminalları telefon pulunu qəbul etməyə başladı

2016-04-27 08:31:00

“AzTelekom” MMC və Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) stasionar telefon və internet xidmətlərinin aylıq abunə haqlarının “MilliÖN” terminalları vasitəsilə ödəniş xidməti bərpa olunub. Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, “MilliÖN” şəbəkəsində adıçəkilən dövlət rabitə operatorlarının ödənişlərinin qəbulu tam aktiv edilib. Artıq abunəçilər bu terminallarda stasionar telefonların, eləcə də “Bakinternet” və “Aztelekom.net” internet provayderlərinin aylıq istifadə haqlarını ödəyə bilərlər. Xatırladaq ki, ödəniş terminalları vasitəsi ilə telefon pulunun qəbulu 1 il bundan əvvəl dayandırılmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272