İKT

Dünyanın ən balaca Android-smartfonu satışa çıxarılıb
22 APREL
566

Dünyanın ən balaca Android-smartfonu satışa çıxarılıb

2016-04-22 12:01:00

“Posh Mobile” şirkəti dünyanın ən kiçik Android-smartfonu adına iddia edilən “Micro X S240” telefonunun satışına başlayıb.

Cihazın fiziki ölçüləri bank kartı ilə üst-üstə düşür və 89*48*11,7 mm təşkil edir, çəkisi isə 54 qramdır.

Posh Mobile, Posh Mobile Micro X S240, Micro X S240, ən kiçik smartfon, the smallest smartphone, İKT, smartfon, telefon,
Posh Mobile, Posh Mobile Micro X S240, Micro X S240, ən kiçik smartfon, the smallest smartphone, İKT, smartfon, telefon,

Smartfon 240*432 genişlənməli 2,4 düymlük ekrana və 1GHz takt tezlikli, ikinüvəli “MediaTek MT 6572M” prosessora malikdir. “Posh Mobile Micro X S240”nin əməli yaddaşı 512 Mb-dır, daxili yaddaşı isə 4 Gb-dır. “MicroSD” kart hesabına smartfonun yaddaşını 32 Gb-a qədər artırmaq mümkündür.

Posh Mobile, Posh Mobile Micro X S240, Micro X S240, ən kiçik smartfon, the smallest smartphone, İKT, smartfon, telefon,
Posh Mobile, Posh Mobile Micro X S240, Micro X S240, ən kiçik smartfon, the smallest smartphone, İKT, smartfon, telefon,

Kompakt smartfonun əsas kamerası 2 meqapiksel, frontal kamerası isə 0,3 meqapikseldir. Cihazın akkumulyatoru 650 mAh tutumludur və danışıq rejimində 4 saatlıq, gözləmə rejimində isə 180 saatlıq avtonom iş və edir. Smartfon “Android 4.4 KitKat” əməliyyat sistemində çalışır.

“Posh Mobile Micro X S240” smartfonunu endirimli qiymətlərlə “amazon.com” saytından əldə etmək olar. Smartfonun qara versiyasının qiyməti 52,5 dollaradır. Mavi, ağ və ya çəhrayı rəngli modifikasiyaları 50 dollardır. Endirim başa çatdıqdan sonra bu ultrakompakt smartfonun qiyməti 90 dollar olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275