İKT

12 min işçisini ixtisar edəcək
20 APREL
324

12 min işçisini ixtisar edəcək

2016-04-20 08:44:00

ABŞ-ın informasiya-kommunikasiya texnologiyaları nəhəngi – İntel koportasiyası 12 min əməkdaşını ixtisar etmək niyyətindədir. Fins.az xəbər verir ki, bu, şirkətin işçi heyətinin 11%-i deməkdir. İxtisarlara səbəb fərdi kompüterlərə tələbatın azalmasıdır. Buna görə də, şirkət xərclərini azaltmağa qərar verib.

İxtisarlar tədricən həyata keçiriləcək və 2017-ci ilin ortalarında başa çatdırılacaq. İntel bununla təkcə 2016-cı ildə 750 milyon dollar vəsaitə qənaət edəcək. Ixtisarlarin yekununda isə qənaət olunan pulun məbləği 1,4 milyard dollar təşkil edəcək.

Paralel olaraq İntel korporasiyası yenidən qurulacaq. Bu məqsədlə yaxin 2 ay ərzində 1,2 milyard dollar xərc çəkilməsi nəzərdə tutulub. Yenidənqurma tədbirləri çərçivəsində İntel-in keçmiş maliyyə direktoru Steysi Smit korporasiyanın satış, istehsal və inkişaf üzrə direktoru təyin edilib.

Xatırladaq ki, İntel uzun müddət fərdi kompüterlər üçün mikroprosessorların aparıcı istehsalçısı olub. Lakin satışların zəifləməsi şirkəti diqqəti “Bulud” texnologiyaları üzərində cəmləşdirməyə vadar edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271