İKT

"Android" smartfonları üçün yeni təhlükə
18 APREL
534

"Android" smartfonları üçün yeni təhlükə

2016-04-18 12:42:00

2015-ci ildə mobil cihazlara kiber hücumların sayı 3 dəfə artıb. Bunu fins.az-a açıqlamasında “Kaspersky Lap” şirkətinin Azərbaycan üzrə nümayəndəsi  Müşfiq Məmmədov bildirib: "Kiber hücumlar 99 % hallarda Android  platformalı telefonlara edilir. Belə ki, şəxsi məlumatları  imitasiya edərək oğurlayan virus proqramlar var. Bu proqram  özünü istifadəçinin mobil bankinq proqramı kimi göstərir. Onun saxta olduğunu müəyyən etmək isə çox çətindir. Nəticədə istifadəçi aldanaraq şəxsi məlumatlarını həmin virus proqrama daxil etməklə kiber hücuma məruz qalır və onun  bank hesabı oğurlanır".

«Ayfonlar»dan da pul oğurlamaq mümkündür

Mütəxəsis bildirib ki, geniş yayılan rəyin əksinə olaraq “Apple” cihazlarının da haker hücumları qarşısında təhükəsiz olduğunu demək olmaz: «Məsələn,  2015-ci ildə “Apple” məhsulları üçün pulsuz proqram hazırlayan “Apple X Kod”a kiber hücum olmuşdu. Nəticədə, 6 ay ərzində  “Apple X Kod” daxilində virus olan proqramlar  “Apple Store”da yerləşdirilmişdi və bu çox böyük çətinlik yaratmışdı». 

SMS və emaillər təhlükə yaradır

M.Məmmədovun sözlərinə görə,  mobil bankinqlə yanaşı, naməlum sms və emaillər də mobil cihazlar üçün təhlükə yaradır. Belə ki, bu vasitə ilə kompyuter və telefona link göndərilir. Linki açdıqda isə cihaz virusa yoluxur. Yəni, şəxsi məlumatlar oğurlanır. M.Məmmmədov hesab edir ki,  ümumiyyətlə istifadəçilər tanınmayan mənbədən gələn email və smsləri açmaması məsləhətdir. Bundan əlavə, mobil cihazları nəzarətsiz qoymaq və ya başqa şəxsin əlinə keçməsinə imkan vermək olmaz.

Telefonunuz  itsə də şəxsi məlumatlarınızı silə bilərsiniz

Digər tərəfdən istifadəçilər “Kasperski Lap”ın antivirusunu almaqla şəxsi məlumatlarının oğurlanmasından xilas ola bilərlər. Məsələn, əgər telefon itibsə,  antivirus proqramı vasitəsilə  smartfonda olan şəxsi məlumatlar, o cümlədən şəkilləri məsafədən silmək mümkündür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272