İKT

Bank hesablarına haker hücumları artıb – USB-DƏN İSTİFADƏ EDİRLƏR
18 APREL
392

Bank hesablarına haker hücumları artıb – USB-DƏN İSTİFADƏ EDİRLƏR

2016-04-18 11:51:00

Azərbaycanda pul oğurluğu ilə bağlı kiber hücumların sayı 14 % artıb. Fins.az-ın məlumatına görə bu barədə Bakıda keçirilən  “Kibertəhlükəsizlik Həftəsonu” konfransında bildirilib.  “Kasperski Laboratoriyası ekspertləri bununla bağlı statistikanı açıqlayıblar. Məlumata görə, Azərbaycanda  internet istifadəçilərinin 30,2 %-i  internet şəbəkəsində  təhlükələrlə qarşılaşıb.  54 % istifadəçi isə  elektron daşıyıcı və lokal şəbəkələrin təhükəsizlik sistemində problemlərlə üzləşib. Ümumilikdə isə Azərbaycanda  kiber hücumların sayı 2016-cı ilin birinci rübündə 4 % artıb. 

Azərbaycan ən çox  kiber hücumlar olan ölkələr sırasında

“Kaspersky Lap” şirkətinin Azərbaycan üzrə nümayəndəsi   Müşfiq Məmmədov  jurnalistlərə açıqlamasında bildirib ki, zərərli proqram təminatı bütün dünyada, o cümlədən Azərbaycanda  sürətlə yayılır. Bu cür proqramların  hücum obyekti həm şirkətlər, həm də sadə istifadəçilər olur.  Məsələn, ötən ilin birinci rübündə“Kasperski Laboratoriyası texnologiyaları   tərəfindən aşkarlanmış  və qarşısı  alnmış hücumların sayında  artım müşahidə olunub. Azərbaycanda pul oğurluğu ilə bağlı kiber hücumlar 14 % artıb.  Türkiyədə 58 %, Orta Şərqdə isə  67 %  təşkil edib. Kiber hücumlar eyni zamanda mobil cihazlara, smarfonlara da sirayət edib. Azərbaycan  da belə kiber hücumların  sayına görə 9.3 % göstərici ilə ilk 20 ölkə arasında yer alıb.

Telefondan  bank hesabını oğurlamağa çalışırlar

Müşfiq Məmmədov  bildirib ki, kiber hücumlara məruz qalmamaq üçün həm sadə istifadəçilər, həm də şirkətlər İT təhlükəsizlik məsələlərə daha diqqətlə yanaşmalıdırlar: “ Məsələn, adi USB və flaş kartlardan düzgün istifadə edilməməsi, yoxlanılmamış şəkildə kompyuterə qoşulması  kompyuter və digər cihazların viruslara yoluxmasına səbəb olur. Digər tərəfdən naməlum emailllərlə linklər göndərilir. Həmin linkə klik etdikdə virus kompyuteri ələ alır. Smartfonlar vasitəsilə istifadə edilən  elektron bankinq proqramlarına da hücumlar təşkil edilir. Belə ki, elektron bankinq proqramı ilə oxşar platforma hazırlanır. İstifadəçi şəxsi məlumlarını proqrama daxil etdikdə bunun saxta olduğunu bilmir. Bu isə onun şəxsi məlumatlarının və bank heabının oğurlanması ilə nəticələnir”. 

Rusiya şirkətləri kiber hücumlardan 3 milyard  dollar itirib 

Bundan əlavə şirkətlərin kiber təhlükəsizlik məsələlərinə diqqətlə yanaşmaması sonda maliyyə itkiləri ilə nəticələnir. Məsələn, Rusiyada ötən il kiber hücumlar şirkətlərə 3 milyard dollara ziyan vurub. 1.8 milyard dollar kiber hücumların fəsadları ilə bağlıdırsa, 1.2 milyard dollar fəsadların aradan qaldırılmasına sərf edilib. Bu isə fəsadlarla yanaşı, onun aradan qaldırılmasının da xeyli vəsait tələb etdiyinin göstəricisidir. 

Özəl  şirkətlər təhlükə qarşısında

 Azərbaycanda  da kiber hücumlar  şirkətlər üçün kifayət qədər təhlükə mənbəyidir.  Ona görə də Azərbaycan şirkətləri də  öz məlumatlarını, korporativ  şəxsi məlumatlarını qorumaq üçün İT təhlükəsizliyi məsələlərinə diqqət yetirməlidirlər. Azərbaycanda dövlət qurumları təhlükəsizlik məsələlərinə diqqət yetirsələr də, özəl şirkətlərlə bağlı bəzi problemlər var. Özəl şirkətlərin əksəriyyəti lisenziyalı  antivirus müdafiə həllərindən istifadə etmirlər. Çalışırlar ki, maliyyə vəsaitlərinə qənaət etsinlər.  Bu isə ciddi fəsadlara gətirib çıxarır: "Bunun üçün müştərilərimizi maarifləndirməyə çalışırıq ki,   korporativ  məlumatlarını  təhlükəsiz şəkildə qoruya bilsinlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272