İKT

«Facebook»dan çat inqilabı – ÇAT BOTLAR GƏLİR
15 APREL
437

«Facebook»dan çat inqilabı – ÇAT BOTLAR GƏLİR

2016-04-15 15:05:00

Botlar ümum tətbiqetmələri tədricən əvəzləyərək, bizim smartonumuzla əsas əlaqə funksiyasına çevrilir. Dünən “Facebook Messenger” layihəsinin rəhbəri Devid Markus “Messenger” platformasının təsis olundu haqqda məlumat verib. Sözügedən platforma vasitəsilə ixtiraçılar həmin  messenger üçün çat-botlar yarada biləcəklər. Xatırladırıq ki, hal-hazırda “Messenger”dən dünya üzrə 900 milyondan çox insan istifadə edir.

İllik İxtiraçıları üçün F8 konfransında çıxış edən Markus 3 növ “bot” nümayiş edib. Çat-botları real insana oxşar, avtomatik həmsöhbətlərdir. Onlar mətin mesajları vasitəsi ilə bu və ya digər tapşırığı yerinə yetirə bilərlər. 

“Facebook Messenger”-də botları nə cür olacaq? 

Bot tətbiqetmədə adi şəxs (həmsöhbət) kimi göstəriləcək. 

“The Telegraph”-a müsahibəsində Markus qeyd edib ki, “Biz sadəcə sual verib, ona cavab almaq imkanında olan bot yaratmaq istəmirik. Məqsədimiz istifadəçiyə söhbət zamanı yeni imkanlar şamil etməkdir”.

Söhbət  alış-verişdən, biletlər sifarişindən və hətta xəbər oxumaqdan gedir. Konfrans zamanı Markus bir misal da göstərdi. O “Messenger”-dən çıxmayaraq “CNN News Bot” vasitəsi ilə qısa xəbərləri açıb, oxudu. İstifadəçi bota onu maraqlandıran mövzular haqqında göstərişlər verə bilər, hətta mövzu üzrə geniş məqalələri hissə-hissə smartfonun yaddaşında saxlamaq mümkündür.

Eyni zamanda Markus “Spring” internet mağzasının yaratdığı botu da qeyd etdi. Onun vasitəsilə alış-veriş etmək mümkündür. Öncə bot istifadəçidən nə almaq istədiyini soruşur. İstifadəçi cavabı həm yaza, həm də təklif olunmuş variantlardan da seçə bilər. Daha sonra istifadəçi istədiyi qiyməti qeyd edir və sonda istifadəçiyə mağaza mütəxəssisləri tərəfindən hazırlanmış, horizontal (üfüqi) hərəkət etdirilməsi mümkün olan siyahı təqdim olunur.

Markusun sözlərinə görə bu proses tam avtomatlaşdırılmışdır və onlar botu test edərək, ofislərindən çıxmadan xeylaq alış-veriş ediblər.

Botlar sizin seçim zövqünüzü yadda saxlayacaqlar

Facebook (NASDAQ: FB) avtomatik öyrənmə imkanı olan botların yaradılmasını düşünür.  Bununla da bir müddət sonra bot istifadəçinin zövqünü yadda saxlayaraq, ona uyğunlaşacaq. Misal üçün istifadəçi hansı malları almağa üstünlük verir, daha çox hansı xəbərləri oxuyur və s.

Reklam üzərindən qazanan Facebook üçün bu əvəzolunmaz bir məlumatlardır. Markus bildirib ki, “Biz hələ botları test edirək, yoxlayırıq ki, onlar artıq sponsorların reklamlarını görmüş insanlarla yenidən əlaqə qura bilib, onları maraqlandırmağa qadirdilər ya yox”.

Digər sözlər desək, Facebook istifadəçinin marağına uyğun olaraq, bu və ya digər brendə onunla “Messenger”-də bir başa əlaqə qurmağa imkan verə bilər. Bu isə öz növbəsində müştərilər üzrə reklam sahəsində yeni era deməkdir.

Facebook-un “M” adlı intellektula köməkçisinin də botu olacaq

Artıq bir müddətdir ki, Facebook ABŞ istifadəçiləri üzərində “Messenger” daxilindən “M” rəqəmsal köməkçi servisini test edir. Bu köməkçi tapşırıqların yerinə yetirilməsi üçün insan əməyinin kombinasiyası və avtomatik öyrənmədən istifadə edəcək. Onun vasitəsilə alış-veriş etmək, hədiyyə göndərmək və ya səyahətlər təşkil etmək mükün olacaq.

Markus deyir ki, “Biz botlar üçün yeni konstruktor hazırlayırıq və nəticədə bütün dünya ixtiraçıları M üçün botlar hazırlaya biləcək”. 

Misal üçün o, hər gün sizə işə getməmişdən öncə bugünkü hava durumu və yol tıxacları haqqında məlumat verə biləcək. Zamanla o, da öyrənərək, təkmilləşəcək.

Rəqiblər

Apple Siri

Platformalar

Google Now:

            Platformalar:

Microsoft Cortana

Paltformalar:

Buraxılış ili:    

2011

Buraxılış ili:    

2012

Buraxılış ili:                

2012

Əsas üstünlüklər         

Yumor hissi olan süni intellekt

 

Əsas üstünlüklər:        

Google servisləri ilə inteqrasiya. Google E-poçt, xəritə, axtarış

 

Əsas üstünlükləri:

Krossplatformalıq

Facebook Messenger digər tətbiqetmələri öldürmək üçündür

Markusun təklifi “Messenger” içində yeni tətbiqetmələrdən istifadə etmək deyil. Onun təklifi ümumiyyətlə tətbiqetmələrdən imtina edərək, sadəcə botla danışmaqdır.

Markus aydınlaşdırır ki, “Tətbiqetmənin ən yaxşı formatı – söhbətdir. Həmsöhbət sizin kim olduğunuzu yadda saxlayır, konteksti görür və son replikanıza uyğun nəticələr çıxarır”.

 

Bu çat-sistemini ABŞ-ın 5 pərakəndə şirkəti artıq yoxlayıb. İndi servisi genişləndirmək, ora yeni satıcıları, avişirkətləri əlavə etmək nəzərdə tutulub. Bu il bu prosesə İngiltərənin şirkətlərinin qoşulacağı gözlənilir.

Testdə Hollandiyanın avişirkəti olan KLM-də iştirak edir. Siz uçuş biletinizi sifariş edirsiniz və aidiyyatı məlumatlar sizin telefonunuza mətin mesajı kimi gəlir.

Uçuş vaxtını dəyişmək, bileti ləğv etmək və ya uçuş haqqında bildiriş almaq üçün bota yazmaq kifayətdir. Markus əmindir ki, bu digər platformalardan istifadədən və ya e-poçt vasitəsilə məktub yazıb, göndərməkdən 10 dəfə az vaxt alacaq.

Mobil çat-botların sayı artır

Bir müddət öncə Microsoft şirkətinin illik keçirtdiyi  “Build” konfransında şirkətin icraçı direktoru Satya Nadella “Skype”-a botların inteqrasiya olunması planları haqqında məlumat verdi.

San-Fransisko izləyiciləri gördülər ki, şirkətin rəhbərlərindən biri bu kimi çat-botu vasitəsi ilə oteldə nömrə və pizza sifariş etdi. Artıq “Skype”-də yeni kontakt əlavə etmə pəncərəsi iki kateqoriya əks etdirəcək. 1) İnsanlar 2) Botlar. 

Nadella vurğuladı ki, “İnsan dili yeni istifadəçi interfeysidir. Botlar tətbiqetmələri əvəz edir, virtual köməkçilər meta-tətbiqetmələr və ya yeni brauzerlər olur, bütün tətbiq etmələrə isə süni intellekt daxil olur”. 

Çində artıq 600 milyon insan hər ay “WeChat” tətbiqetməsi vasitəsi ilə mətin mesajları alıb-göndərir, taksi sifariş edir, həkim qəbuluna yazılır və ya kommunal xərcləri ödəyirlər.

Qərb istifadəçilərinin də bu kimi sistemə keçidində problem olmayacağı gözlənilir.

Devid Markus nikbindir: “Bəlkə də bu yeni eranın başlanğıcıdır? Əvvəl veb-səhifələr var idi, daha sonra mobil internet gəldi, ondan sonra tətbiqetmələr və indi isə botlar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272