İKT

“WhatsApp” danışıqlarını necə şifrələmək olar?
14 APREL
1446

“WhatsApp” danışıqlarını necə şifrələmək olar?

2016-04-14 14:23:00

“WhatsApp” artıq bütün mesajlarınızı şifrələyir. Bəs bu istifadəçilər üçün nə anlama gəlir? Bu yazımızda sizə WhatsApp”dakı bu yeniliyi geniş şəkildə izah edəcəyik.

Artıq bütün dünyadakı “WhatsApp” istifadəçiləri mesajlaşma sistemində şifrələnmə tədbiqindən istifadə edirlər. Bir müddət əvvəl “BlackBerry”nin “BBM” və “e-mail” xidmətlərinə məxsus olan bu sistem, artıq “WhatsApp”da da istifadə olunur.  

Şifrələnmə necə bir təhlükəsizlik mühiti yaradır?

Yeni şifrələnmə tədbiqi sadəcə bir-birinizə göndərdiyiniz yazıları deyil, video, şəkil və eləcə də səsli mesajlarınızı da şifrələyir. Kimsə sizin hesabınızı ələ keçirsə belə, şifrələnmə sayəsində mesajlarınızı oxuya bilmir.

Yeni şifrələnmə sistemi “iOS”, “Android”, “BlackBerry”, “Windows” və “Nokia” istifadəçiləri üçün nəzərdə tutulub.

Mesajlar necə şifrələnir?

“WhatsApp” şifrələnmə üçün “Open Wispeper Systems”in hazırladığı  “The signal Protocol”dan istifadə edir. Şifrələnmə sistemi “WhatsApp”ın son yenilənməsi ilə istifadəçilərinin ixtiyarına verilir.

Mesajlar daha öncə qorunmurdu?

Şifrələnmə sistemi indiyə  kimi “WhatsApp” mesajlaşmalarında məhdud səviyyədə idi. İndi isə səsli zənglərimiz, videolarımız, payıaşdığımız şəkillər də şifrələnir.

Bəs bu şifrələnmə sistemi necə istifadə olunur?

Əgər siz və şifrəli mesajlaşmaq istədiyiniz dostunuz WhatsApp'ın son yenilənməsinə keçibsə, etməniz gərəkənlər bunlardır:

1. Hər hansı bir şəxsin “WhatsApp”dakı profilinə daxil olun.

2. Daha sonra yuxarıdakı seçimlərdə “şəxsi görüntülə” düyməsinə basın. Yaxud da adının üzərinə toxunun.

3. Açılan profildə şəkildən aşağıda “şifrələnmə” düyməsi var, ora daxil olun

4. Bu prosesin ardınca qarşınıza QR kodlu adlı bir ekran çıxacaq.

5. Daha sonra “kodu axtar” düyməsinə basın. Əgər siz və dostunuz yanaşısınızsa, biriniz digərinin telefonundakı QR kodunu öz telefonu ilə göstərə bilər. Necə? Axtar düyməsinə basan zaman telefonunuzun arxa kamerası açılacaq. Həmin kameranı dostunuzun telefonundaı QR koduna tutmaqla həmin kodu görmək mümkün olacaq.

6. Kod doğruysa, yaşıl rəngdə təsdiq düyməsi gələcək. Yox, əgər təsdiq olunmazsa, deməli siz yanlış şəxsin kodunu axtarırsınız deməkdir.

Bu proses yekunlaşdıqdan sonra heç kim sizin mesaj və zənglərinizi görməyəcək.

Mənbə: Atv.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275