Samsung Galaxy A5 Duos, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Samsung Galaxy A5 Duos, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

2) 2014-də satışa çıxarılan daha bir model isə Huawei Honor 6’dır. 5 düymlük Full-HD (1080x1920 piksel) displeyin altında yerləşən 8 nüvəli Kirin 920 chipset və 3 GB RAM bugünün tələblərinə tam cavab verir. Nisbətən qalın (7.5 mm) korpus ölçüsünə sahib olan bu model 3100 mAh həcmindəki batereya ilə təchiz olunub. A5 kimi dual-sim imkanına və oxşar kamera optikasına malik olan Honor 6 Android 4.4 (Kit-Kat) əməliyyat sistemi ilə təqdim olunsa da hal-hazırda Android 5.1.1 (Lollipop) əməliyyat sisteminə yenilənib. Huawei və Google arasında olan əməkdaşlığa əsasən smartfona Android 6.0 (Marshmallow) yeniləməsinə cari ilin fevral ayından etibarən başlanıb.

Huawei Honor 6 silver black, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Huawei Honor 6 silver black, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

3) Xronoloji ardıcıllığı qoruyaraq 2014-də təqdim olanan Sony Xperia Z3 Dual ilə davam edək. 4 nüvəli Snapdragon 801 chipset və 3GB RAM 2016-nın bir çox orta səviyyəli smartfonundan belə daha yüksək performans göstəriciləri deməkdir. Lakin smartfonun əsas üstünlüyü 21 meqapiksellik arxa kamerası və 4K video çəkiliş imkanı dəstəyi təqdim etməsi ilə yanaşı suya qarşı müqavimətidir. 1080p (Full-HD) 5.2 düymlük displeylə istehsal olunan smartfonun 3100 mAh həcmindəki batereyası gündəlik istifadə üçün yetərlidir. Z3 Dual modelinin də Honor 6 kimi Andoid 6.0 yeniləməsi alması planlaşdırılır.  

Sony Xperia Z3 Dual copper black white green, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Sony Xperia Z3 Dual copper black white green, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

4) Son illərin unikal dizayn yeniliklərini edən LG şirkətinin LG G3 modeli şübhəsiz ki, 2014-ün ən yaxşı smartfonlarından biri idi. Z3 Dual kimi daxili parametrlərə sahib olan G3 nisbətən böyük, 5.5 düymlük Quad-HD (1440x2560) displeylə təchiz olunub. Telefonun səs dəyişmə və güc düymələrinin ənənəvi olaraq korpusun yanlarında yox arxada olması dizayn baxımından G3-ü digər rəqiblərindən fərqləndirən əsas xüsusiyyətdir. İki fərqli versiyada, 2 və ya 3GB RAM, təqdim olunan smartfonun daxili yaddaş imkanları da müvafiq olaraq 16 və ya 32GB-dır. Lakin 128GB həcminə qədər micro-sd kart dəstəyi yaddaş problemini tamamilə həll edir. 13 meqapiksellik arxa kamera optic şəkil stabilizasiyası ilə təchiz olunub ki, bu da çəkiliş zamanı titrəmədən yaranan pozulmaları minimallaşdırır və zəif işıqlandırma şəraitində şəklin keyfiyyətini yüksəldir. 3000 mAh həcmindəki batereya ilə yanaşı batereyanın simsiz doldurulması imkanı ilə heç bir zaman elektrik şəbəkəsinə yaxın əyləşmək məcburiyyətində olmayacaqsınız. Hal-hazırda Android 5.1.1 ilə işləyən G3 artıq Android 6.0 yeniləməsi almağa başlayıb.

LG G3 all colors black white silver pink purple gold, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
LG G3 all colors black white silver pink purple gold, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

5) 2015-ci ildə təqdim olunan ilk smarfonlardan biri olan LG G Flex 2 bir öncəki modeldən fərqli olaraq 1080p (Full-HD) 5.5 düymlük displeyə və Snapdragon 810 çipsetinə sahib olsa da G3 kimi 2 fərqli konfiqurasiyada və eyni kamera optikasından istifadə olunaraq istehsal olunub. Bu modelin xüsusiyyəti display və korpusun əymə formaya malik olmasındadır. Smartfon Qualcomm sürətli doldurulma ilə təchiz olunub ki, bu funksiya istifadəçilərə batereya həcminin 60%-ni 30 dəqiqə müddətində doldurmağa imkan verir. G Flex 2 modelinin yaxın zamanda Android 6.0 yeniləməsi alması gözlənilir.

 

LG G Flex 2 midnight silver black, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
LG G Flex 2 midnight silver black, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

6) Huawei P8 5.2 düymlük Full-HD displey və dual-sim özəlliyinə malik olmaqla yanaşı ön kamerasının özəlliyi ilə seçilir. Belə ki, 13 meqapiksellik arxa kamera standart hesab olunsa belə 8 meqapiksellik ön kamera ilə çəkilən selfie şəkillər daha yaxşı görünəcək. Estetik dizaynı ilə yanaşı kifayət qədər güclü Kirin 930 çipseti və 3GB RAM ilə dəstəklənən smartfon, 16 və 64GB daxili yaddaş və micro-sd kart imkanı ilə satışa çıxarılıb. 2600 mAh həcmindəki batereya nisbətən zəif görünsə də Android 6.0-dakı Doze funskiyası ilə problemsiz şəkildə gün sonuna qədər kifayət edəcək. 

Huawei P8 black and white dual, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Huawei P8 black and white dual, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

7) Sony şirkətinin orta seqment üçün nəzərdə tutduğu M seriyasından olan Xperia M5 Dual 8 nüvəli Helio X10 çipseti, 3GB RAM və 16GB daxili yaddaş ilə istehsal olunub. 200GB həcminə qədər micro-sd kart dəstəyi isə sizə istədiyiniz qədər şəkil, video, musiqi, oyunu yaddaşda saxlamağa icazə verəcək. Su müqavimətinə sahib smartfon olan 5 düymlük 1080p displey və dual-sim özəlliyinə malikdir. 21.2 meqapiksellik arxa kamera ilə 4K video-çəkiliş imkanına sahib olan M5 Dual 2600 mAh həcmindəki batereyaya sahibdir. Sony şirkəti bu modelin də Android 6.0 yeniləməsi alacağını qeyd edib.

Sony Xperia M5 Dual gold silver black white, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Sony Xperia M5 Dual gold silver black white, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

8) Aşağı qiymətli yüksək keyfiyyətli smartfonların istehsalı ilə tanınan OnePlus şirkətinin ən son modeli olan OnePlus X özünün premium dizaynı ilə seçilir. Snapdragon 801, 3GB RAM və 16 GB daxili yaddaşa malik model dual-sim funksiyasını (və ya micro-sd kart) dəstəkləyir. 5 düymlük Full-HD AMOLED displey isə telefonun ən unikal özəlliklərin biridir. 13 meqapiksellik arxa və 8 meqapiksellik ön kamera ilə hər cür maraqlı anlarınızı ölümsüzləşdirə biləcəksiniz. 2525 mAh həcmli batereya ilə təchiz olunan X yaxın müddət Android 6.0 yeniləməsini də əldə edəcəkdir. 

OnePlus X black AMOLED display 5 inch, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
OnePlus X black AMOLED display 5 inch, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

9) Dizayn baxımından OnePlus X ilə rəqabət apara biləcək digər bir model isə Huawei Honor 5X-dir. Geridə qalan ilin noyabrında satışa çıxarılan smartfon nisbətən zəif olan Snapdragon 616 çipsetinə sahib olsa da, 2 və 3GB RAM-a malik olan iki konfiqurasiyada təqdim olunub. 5.5 düymlük Full-HD displey, dual-sim (micro-sd) dəstəyi və 3000 mAh həcmindəki batereya Honor 5X-i gündəlik istifadə üçün yetərli səviyyəyə gətirir. Huawei şirkəti özünün flaqmanı halına gəlmiş barmaqizi sensorunu bu smartfona daxil edərək təhlükəsizlik problemini kökündən həll etməyə çalışıb. Android 5.1.1 ilə işləyən 5X artıq Android 6.0 üçün yeniləməsini almağa başlayıb. 

Huawei Honor 5X white silver gold champagne, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Huawei Honor 5X white silver gold champagne, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

10)  Google hər il bir neçə şirkət ilə əməkdaşlıq edərək özünün Nexus smartfon və tabletlərinin isteshalını onlara həvalə edir. 2015-ci ildə kiçik ölçülü smartfon üçün LG ilə əməkdaşlıq edən şirkət Nexus 5X modelini oktyabr ayında satışa çıxarıb. 5.2 düymlük displeyin altında 2GB RAM ilə dəstəklənən Snapdragon 808 çipseti yerləşir. 16 və 32GB daxili yaddaşlı iki konfiqurasiyaya malik telefon micro-sd kart genişlənməsini dəstəkləmir. 12.3 meqapiksellik arxa kamera vasitəsilə 4K çəkilişlərinin mümkünlüyü ilə yanaşı arxa kameranın altında yerləşən barmaqizi sensoru vasitəsilə təhlükəsizlik məsələsində heç bir kompromisə yol verilmir. Həmçinin USB C ilə təchiz olunan smartfon ən yeni sürətli doldurulma texnologiyası vasitəsilə 6 saatlıq istifadə üçün kifayət edəcək həcmi cəmi 10 dəqiqəyə yığa bilir. Nexus seriyasından olan smartfon olduğu üçün 5X ən son Android yeniləmələrini də ilk əldə edən cihazlardan biridir.

Google LG Nexus 5X white black blue frost ice carbon, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,
Google LG Nexus 5X white black blue frost ice carbon, İKT, smartfon, ucuz smartfon, ucuz telefon, Android,

Mənbə: From.ae