İKT

Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 90% artıb
11 NOYABR 2015
1190

Azərbaycanda elektron ticarət dövriyyəsi bu il 90% artıb

2015-11-11 14:39:00

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 mln. manata çatıb.

Fins.az-ın "Report"a istinadən məlumatına görə, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9%-i hüquqi şəxslər, 8,1%-i isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3%-i qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1% artaraq 841,6 mln. manat olub.

Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287