ƏMLAK

Bakıda tikintisi davam edən yaşayış binalarının SAYI AÇIQLANDI
11 OKTYABR
158

Bakıda tikintisi davam edən yaşayış binalarının SAYI AÇIQLANDI

2019-10-11 14:49:00

"Hazırda Azərbaycanda 401 obyektin tikintisi aparılır. Onun da 86 faizini çoxmənzilli yaşayış binası, 14 faizini isə qeyri-yaşayış obyekti təşkil edir".

Fins.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN xidmət") Əmək Münasibətlərinin Monitorinqi Mərkəzinin müdir müavini Murad Fətullayev bildirib.

Onun sözlərinə görə, ölkə üzrə çoxmənzilli yaşayış binalarının 78 faizi Bakı, 14 faizi Sumqayıt və Abşeron, 8 faiz isə digər regionların payına düşür: "Bakı üzrə hazırda tikintisi davam edən 260 yaşayış binası var. Bu tikintilər 527 podratçı şirkət tərəfindən həyata keçirilir. Bakı üzrə tikintidə çalışan rəsmi işçilərin sayı 27 243 nəfərdir. Bakının rayonları üzrə yaşayış binaları ən çox Yasamal (19,7%), Nəsimi (18,1%), Nərimanovda (15,7%), ən azı isə Qaradağ və Pirallahıda (0,4%) yerləşir". 

M.Fətullayev qeyd edib ki, iki il ərzində tikinti şirkətləri tərəfindən, ümumilikdə, 147 563 əmək müqaviləsi imzalanıb: "Qurumun fəaliyyət göstərdiyi iki il ərzində isə 300 tikinti şirkəti monitorinqə cəlb edilib və monitorinqlərdən sonra imzalanan əmək müqavilələrinin sayı 78 193 olub".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır