ƏMLAK

Dövlət Statistika Komitəsinin inzibati binasının təmiri gələn il başa çatdırılacaq
03 OKTYABR
115

Dövlət Statistika Komitəsinin inzibati binasının təmiri gələn il başa çatdırılacaq

2019-10-03 11:21:00

"Dövlət Statistika Komitəsinin (DSK) inzibati binasının əsaslı təmirinin gələn ilin sonuna başa çatdırılması planlaşdırılır". 

Bunu  açıqlamasında Komitənin sədr müavini Rauf Səlimov deyib.

Onun sözlərinə görə, təmir işləri "2018-2025-ci illərdə rəsmi statistikanın inkişafına dair Dövlət Proqramı" çərçivəsində aparılır: "8 illik proqrama uyğun olaraq, hər il üzrə xüsusi tədbirlər planı hazırlanır və aidiyyəti orqanlarla razılaşdırılıb həyata keçirilir. Bu tədbilər həm bizim potensialımızın artırılması, həm xüsusi müayinələrin keçirilməsi ilə bağlıdır".

DSK rəsmisi onu da bildirib ki, 2020-ci ildə ölkədə statistiklər günü keçirilə bilər: "Hər 5 ildən bir BMT oktyabrın 20-ni Ümumdünya Statistiklər Günü elan edir. Bu gün 2015-ci ildə bizdə də təntənəli surətdə qeyd olunub, ölkə prezidenti bir sıra işçilərimizi təltif edib. Amma hələ ki BMT növbəti statistiklər gününü elan etməyib. Yəqin ki, 2020-ci ildə elan olunacaq".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır