ƏMLAK

SOCAR Xəzərdə iri obyektlər inşa edəcək
23 SENTYABR
392

SOCAR Xəzərdə iri obyektlər inşa edəcək

2019-09-23 16:24:00

SOCAR hasilatın düşmə tempinin azaldılması və stabilləşdirilməsi çərçivəsində yaxın gələcəkdə Xəzərin Azərbaycan sektorunda yerləşən “Qərbi Abşeron” yatağında 16 istismar quyusunun qazılması üçün yeni özülün tikintisini planlaşdırır.

SOCAR-dan verilən məlumata görə, bundan əlavə SOCAR yaxın gələcəkdə 10 quyunun qazılması üçün “Neft Daşları” yatağında estakadayanı meydançanın tikintisini nəzərdə tutur.

SOCAR-dan verilən məlumata əsasən, eyni zamanda hasilatın azalmasının qarşısının alınması üçün geoloji-texniki tədbirlərlə yanaşı yeni istismar və horizontal quyuların qazılması nəzərdə tutulub: “Bu işlərin həyata keçirilməsi neft və qaz hasilatının artmasına imkan yaradacaq”.

Məlumata görə, bu il SOCAR-ın balansında olan yataqlarda onlarla quyu qazılıb, 86 min metrdən artıq qazma işləri görülüb: “İstismar quyuları ilə yanaşı, axtarış quyularının da qazılması aparılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır