ƏMLAK

Mənzillərin çıxarışları yaxın günlərdə binanın həyətində jurnalistlərə veriləcək
06 SENTYABR
102

Mənzillərin çıxarışları yaxın günlərdə binanın həyətində jurnalistlərə veriləcək

2019-09-06 12:32:00

Jurnalistlər üçün inşa edilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar yaxın günlərdə mənzil sahiblərinə təqdim ediləcək.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada yerləşən mənzillərə dair çıxarışlar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən yaxın günlərdə səyyar mobil qeydiyyat xidməti çərçivəsində həmin binanın həyətində media nümayəndələrinə təqdim ediləcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır