ƏMLAK

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 20, 44, 110 mənzilli yaşayış binaları tikilir, 251 evin inşası başa çatıb
05 SENTYABR
131

Şamaxıda zəlzələdən zərər çəkənlər üçün 20, 44, 110 mənzilli yaşayış binaları tikilir, 251 evin inşası başa çatıb

2019-09-05 17:27:00

"Bu ilin fevralında Şamaxı, Ağsu və İsmayıllıda baş verən təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir. Yaradılan komissiya vətəndaşlardan 10 649 müraciət daxil olub, həmin müraciətlərin 10 608-nə baxılıb. Digər müraciətlərə həmin evlərdə yaşayış olmadığına görə baxmaq mümkün olmayıb".

Fins.az Report-a istinadən xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Həsən Qasımzadə deyib.

O qeyd edib ki, komissiya regionda 547 fərdi yaşayış evini qəzalı hesab edib: "Onlardan 251-nin tikintisi başa çatıb, digər yaşayış evlərinin isə tikintisi aparılır. Bundan başqa, Şamaxıda 20, 44, 110 mənzilli yaşayış binaları tikilir. Bunlardan 20 və 44 mənzili olan iki binanın tikintisi sentyabrın sonunda başa çatacaq".

Nazirliyin nümayəndəsi deyib ki, komissiya 2 192 fərdi yaşayış evinin bərpaya ehtiyac olduğunu müəyyən edib: "1 339 fərdi yaşayış evində bərpa işləri aparılır, bunlardan 449-u tamamlanıb"

H.Qasımzadə vurğulayıb ki, işlər Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, Heydər Əliyev Fondunun "Regionların İnkişafı" İctimai Birliyimin dəstəyilə işlər görülür: "Texniki qruplar mütəmadi olaraq hər 3 rayonda evlərin keyfiyyətli tikintisinə nəzarət edilirlər. Bu günə kimi təhvil verilən evlərin keyfiyyəti ilə bağlı şikayət daxil olmayıb".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır