ƏMLAK

Bakıda yeni “Mall” tikilir
02 SENTYABR
328

Bakıda yeni “Mall” tikilir

2019-09-02 10:12:00

Bakıda yeni ticarət və əyləncə mərkəzinin (“Mall”) tikintisinə başlanılıb.

Fins.az Marja-ya istinadən xəbər verir ki, Bakının Nizami rayonunda, Tofiq Abbasov küçəsi 5 ünvanında, keçmiş “Sevinc” (Təbriz) kinoteatrının yerində (Qara Qarayev metro stansiyası yaxınlığı) müasir ticarət və əyləncə mərkəzi tikilir.

Məlumat lövhəsinə görə, ticarət və əyləncə mərkəzi 5 mərtəbəli olacaqdır. Mərkəzin altında 2 mərtəbəli avtomobil dayanacağı da nəzərdə tutulur. Mərkəzin tikildiyi ərazidəki parkın abadlaşdırılacağı bildirilir.

Layihə “Təbriz Centre” MMC tərəfindən reallaşdırılır. Podratçı “Xəzər-2016 İnşaat” MMC-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır