ƏMLAK

İlin sonuna qədər tikinti üzrə bir pəncərə elektron sistemi tətbiq edilə bilər
30 AVQUST
94

İlin sonuna qədər tikinti üzrə bir pəncərə elektron sistemi tətbiq edilə bilər

2019-08-30 12:27:00

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilin sonuna qədər bütün tikinti növləri üzrə bir pəncərə elektron sistemi tətbiq etməyi planlaşdırır.

Fins.az-ın məlumatına görə, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müşaviri Rüfət Mahmud Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasında Bakı şəhərində “Bir pəncərə” prinsipi üzrə icazələrin verilməsi ilə tanışlıq məqsədilə press-turda bildirib.

Onun sözlərinə görə, gələcəkdə tətbiq ediləcək sistemlərin sxemi hazırlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır