ƏMLAK

Tikintisinə icazə verilən obyektlərin ümumi sahəsi 18% artıb
30 İYUL
155

Tikintisinə icazə verilən obyektlərin ümumi sahəsi 18% artıb

2019-07-30 18:16:00

Bu ilin yanvar-iyun aylarında Gürcüstanda 4 991 yeni obyektin inşası üçün icazə verilib.

Fins.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hesabat dövründə tikintisi üçün icazə verilən obyektlərin ümumi sahəsi 3 520,9 min kvadrat metr təşkil edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17,5% çoxdur.

Hesabat dövrü ərzində verilən bütün icazələrin 71,6%-i üç regionun – Tbilisi (48,8%), azərbaycanlıların kompakt yaşadığı Kvemo Kartli (11,7%) və Acariyanın (11,1%) payına düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8876
  • ₽ RUB
    0.0257