ƏMLAK

Nazirlər Kabineti "Salaam Cinema Baku"nun yerləşdiyi bina ilə bağlı qərar verəcək
24 İYUL
127

Nazirlər Kabineti "Salaam Cinema Baku"nun yerləşdiyi bina ilə bağlı qərar verəcək

2019-07-24 10:23:00

Mədəniyyət Nazirliyi "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı hazırlanan yekun rəyi Nazirlər Kabinetinə təqdim edib.

Fins.az-ın Report-a istinadən verdiyi məlumata görə, Nazirlər Kabeniti binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınması ilə bağlı yaxın günlərdə qərar verəcək.

Qeyd edək ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti “Salaam Cinema Baku” kinoteatrının yerləşdiyi binanın tarixi əhəmiyyətini və memarlıq üslubunu nəzərə alaraq onun yerləşdiyi bina yeni aşkar olunan tarixi abidələr siyahısına salınıb. Bundan sonra iyun ayında Nazirlər Kabineti kinoteatrın yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına rəy verməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət edib. AMEA-nın Memarlıq və İncəsənət İnstitutu "Salaam Cinema Baku" kinoteatrının yerləşdiyi binanın dövlət tərəfindən qorunan tarixi abidələr siyahısına salınmasına müsbət rəy verib və hazırladığı rəyi Mədəniyyət Nazirliyinə göndərib.

Xatırladaq ki, Bakı şəhəri Süleyman Rüstəm küçəsi 10 ünvanında yerləşən tarixi bina “Malakanların evi” kimi tanınan bina özəl mülkiyyətdədir. Hazırda binada "Salaam Cinema Baku” kinoteatrı fəaliyyət göstərir. Mayın əvvəlində mülkün sahibi müqavilənin vaxtı bitdiyi üçün kinoteatrı binadan çıxarıb oranı təmir etmək istəyirdi. Lakin kinoteatrın əməkdaşları binadan çıxmaqdan imtina ediblər. Onlar mülkiyyətçinin binanı sökəcəyini iddia edirdilər. "Salaam Cinema Baku” əməkdaşları məsələ ilə bağlı Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya müraciət ünvanlamışdılar. Birinci vitse-prezident məsələni nəzarətə götürüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır