ƏMLAK

87 dövlət əmlakı ƏMLAK HƏRRACINDA – TARİX
22 İYUL
207

87 dövlət əmlakı ƏMLAK HƏRRACINDA – TARİX

2019-07-22 14:51:00

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilən hərrac xidmətləri hər kəsin dövlət əmlaklarının özəlləşdirilməsində rahat iştirakını təmin edir. Cəlbedici əmlakların hərraca çıxarılması ilə investorlar faydalı sahə, qiymət, ərazi, torpaq sahəsi baxımından müxtəlif olan dövlət obyektləri üzrə seçim edə bilər. Komitə tərəfindən özəlləşdirmədə növbəti iştirak imkanı 20 avqust tarixindəki hərracda yaradılacaq. Bu dəfə prosesə ümumilikdə 87 dövlət əmlakı çıxarılıb. Onlardan 37-si kiçik dövlət müəssisə və obyekti, 15-i səhmdar cəmiyyəti, 12-si qeyri-yaşayış sahəsi, 5-i yarımçıq tikili, 18-i isə nəqliyyat vasitəsidir.

Respublikanın müxtəlif şəhər və rayonlarında yerləşən kiçik dövlət müəssisələrinin faydalı sahəsi 12.2 kv.m ilə 2889 kv.m intervalındadır. Bu dövlət əmlaklarından çoxu özəlləşməyə torpaq sahəsi ilə birgə çıxarılıb. Onlar arasında ticarət və xidmət müəssisələri, təsərrüfat obyektləri, qeyri-yaşayış binaları var. Şəki şəhəri, B.Məmmədov küçəsindəki dövlət əmlakının faydalı sahəsi 151,3 kv.m-dir. İnvestor xidmət sahəsi üzrə gəlirli fəaliyyət imkanları olan bu obyekti 213.5 kv.m-lik torpaq sahəsi ilə birgə özəlləşdirə bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrinin faydalı sahəsi 9.2 kv.m ilə 127.4 kv.m arasındadır. Bu dövlət əmlaklarından 7-si paytaxtda, digərləri isə Sumqayıt, Şirvan, Ağdaş, Daşkəsən və Bərdədə yerləşir. Ən yüksək faydalı sahəsi olan qeyri-yaşayış sahəsi Bakı şəhəri, Nərimanov rayonu, Əşrəf Əliyev küçəsindədir. Bu dövlət əmlakı xidmət, ticarət və ya ofis obyekti kimi istifadəyə uyğundur.

Səhmdar cəmiyyətlərinin 30% ilə 45% arasında olan səhm paketləri özəlləşdirilməyə çıxarılıb. Bu kateqoriyadan olan dövlət əmlakları Lənkəran, Şirvan, Kürdəmir kimi şəhər və rayonlarda yerləşir. Potensial investorlar səhmdar cəmiyyətləri üzrə seçimlərini “Xəzər Avtonəqliyyat”, “Kürdəmir Aqrotexservis”, “Daşkəsən Aqrotexservis” və digər əmlaklar üzrə edə bilər.

Buraxılış ili 1990-2009 olan nəqliyyat vasitələri də budəfəki hərraca çıxarılıb. Avtomobil sahibi olmaq istəyən şəxslər Nissan, Kia, Chevrolet, Hyundai və digər markalardan olan nəqliyyat vasitələri üzrə seçim edə bilər.

Özəlləşdirməyə qoşulmaq istəyən şəxslər onlayn formada qeydiyyatdan keçərək seçdiyi dövlət əmlakının ilkin qiymətinin 10%-i həcmində behi ödəyib hərracda iştirak statusu qazana bilər. Bunun üçün komitənin rəsmi saytı (emdk.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az)  daxil olmaq kifayətdir. Qeyd edək ki, komitənin keçirdiyi hərraclarda istənilən şəxs sifarişçi və müşahidəçi kimi həm canlı, həm də onlayn formada iştirak edə bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır